Bank Of Baku

Tramp Türkiyəyə qarşı sanksiyaları ləğv etməyi nəzərdən keçirir

Tramp Türkiyəyə qarşı sanksiyaları ləğv etməyi nəzərdən keçirir
# 22 mart 2025 01:37 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra Türkiyəyə qarşı sanksiyaları ləğv etməyi və bu ölkəyə F-16 qırıcılarının satışını bərpa etməyi düşünür.

APA xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Fox News Digital” kanalı məlumat yayıb.

Tramp F-16 tədarükünə dair müqavilənin tamamlanmasına kömək etməyə hazır olduğunu bildirib və əgər tərəflər Türkiyənin arsenalında olan Rusiya istehsalı S-400 zenit-raket sistemlərinin neytrallaşdırılması ilə bağlı razılığa gələ bilsələr, o Ankaraya F-35 qırıcılarının satışını da istisna etməyib.

Qeyd edək ki, Vaşinqton Türkiyəyə qarşı sanksiyaları bu ölkənin Rusiya istehsalı olan S-400 sistemlərini alması səbəbilə tətbiq edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR