Bank Of Baku

Tramp Ukrayna böhranını həll etməyi planlaşdırır

Tramp Ukrayna böhranını həll etməyi planlaşdırır
# 09 fevral 2025 21:45 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Ukrayna böhranını həll etməyi və təhlükəsizlik zəmanətlərini Avropaya ötürməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts məlumat verib.

"Prezident Tramp bu münaqişəyə son qoymaq niyyətindədir və bundan sonra təhlükəsizlik zəmanətləri tamamilə avropalıların öhdəsinə buraxılacaq", - o NBC telekanalına müsahibəsi zamanı deyib.

O, həmçinin qeyd edib ki, Vaşinqton Ukrayna ilə təbii ehtiyatlar, o cümlədən nadir metallar, neft və qaz məsələləri ilə bağlı danışıqlar aparmaq niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR