Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107" avtomobili "Chevrolet Aveo"ya çırpıldıqdan sonra daha bir "VAZ-2107"yə çırpılıb. Bundan sonra "VAZ-2107" yoldan çıxaraq aşıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.