Bahar Muradova: "Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlar ATƏT PA-da qaldırılacaq"

Bahar Muradova: "Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlar ATƏT PA-da qaldırılacaq"
# 03 sentyabr 2015 14:13 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova deyib. O bildirib ki, Ermənistanın törətdiyi insidentlər bütün beynəlxalq təşkilatlarda qaldırılmalıdır və qaldırılır: "Son günlər artan təxribatlar, eləcə də Tərtərdə biri azyaşlı olmaqla, üç mülki vətəndaşın yaralanması ilə nətəcilənən silahlı basqın faktının ATƏT institutlarında qaldırılması vacibdir. Bunu gündəmə gətirəcəyik”.

Qeyd edək ki, ATƏT PA-nın payız sessiyası sentyabrın 15-18-də Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək. Sessiyanın mövzusu "ATƏT ərazisində və ondan kənarda təhlükəsizlik problemlərinin həlli: regional əməkdaşlıqda parlamentlərin rolunun gücləndirilməsi” olacaq.

Tədbirdə 57 dövlətin parlament təmsilçilərinin iştirakı planlaşdırılıb. ATƏT PA ilk dəfədir ki, Monqolustanda tədbir keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR