Azərbaycanda sərhəd qoşunlarının adı dəyişdirilir, səlahiyyəti genişləndirilir

Azərbaycanda sərhəd qoşunlarının adı dəyişdirilir, səlahiyyəti genişləndirilir
# 05 iyun 2018 15:54 (UTC +04:00)

Azərbaycanda sərhəd qoşunlarının adı dəyişdirilərək “Sərhəd mühafizə orqanları” adlandırılması təklif edilir.

APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə “Sərhəd qoşunları haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı təklif göndərilib.

Layihəyə əsasən, qanunun adı dəyişdirilərək “Sərhəd mühafizə orqanları haqqında” qanun kimi verilir. 1-ci (Azərbaycan Respublikasının sərhəd qoşunları) maddənin də adı müvafiq olaraq dəyişdirilir və yeni redaksiyada belə verilir: “Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları sərhəd qoşunlarından, çevik hərəkət qüvvələrindən, sahil mühafizəsindən, sərhəd nəzarətindən və digər qurumlardan ibarət olmaqla Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edir. Sərhəd mühafizə orqanlarının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir. Müvafiq icra hakimiyyəti orqanının rəhbəri sərhəd mühafizə orqanlarına rəhbərliyi həyata keçirir.

Maddənin hazırda qüvvədə olan variantı isə belədir: “Azərbaycan Respublikasının sərhəd qoşunları Azərbaycan Respublikasının Dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edir”.

Qanuna edilən digər dəyişikliklərdə də bütün maddələr üzrə sərhəd qoşunları ifadəsi sərhəd mühafizə orqanları ifadəsi ilə əvəzlənir.

Layihə Milli Məclisin iyunun 12-də keçirilən növbədənkənar sessiyanın ilk iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR