Bank Of Baku

Trampın nümayəndəsi: “Putin sazişə kollektiv müdafiə müddəasının daxil edilməsinə razılıq verib”

Stiven Uitkoff

© APA | Stiven Uitkoff

# 17 avqust 2025 18:52 (UTC +04:00)

“Rusiya prezidenti Vladimir Putin gələcək sülh sazişində Ukrayna üçün kollektiv müdafiə müddəasının daxil edilməsinə razılıq verib”.

APA xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff bu gün CNN-ə bildirib.

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi belə deyib:

“Biz elə bir razılığa gəldik ki, ABŞ və digər Avropa ölkələri faktiki olaraq NATO-nun 5-ci maddəsinə bənzər bir ifadəni təhlükəsizlik zəmanəti kimi təqdim edə bilsinlər”.

“Putin bildirib ki, Ukraynanın NATO-ya üzvlük onun üçün qırmızı xətdir. Ona görə də müzakirə etdiyimiz məsələ belə idi: əgər bu şərt qalırsa və ukraynalılar bununla razılaşa, demək olar ki, biz ABŞ-ın 5-ci maddəyə bənzər qorumasını təmin edə biləcəyi güzəştini əldə etdik. Təbii ki, hər şey ukraynalıların qəbul edə biləcəkləri həddə bağlıdır,” – deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR