Patris Evra azarkeşi vurduğuna görə komandadan kənarlaşdırılıb - YENİLƏNİB

Patris Evra azarkeşi vurduğuna görə komandadan kənarlaşdırılıb - <span style="color: red;">YENİLƏNİB
# 03 noyabr 2017 23:46 (UTC +04:00)

Fransanın “Marsel” klubunun müdafiəçisi Patris Evra azarkeşi vurduğuna görə komandadan kənarlaşdırılıb.

APA-nın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat verib.

“Klubun prezidenti Jak-Anri Eyro futbolçu ilə görüşərək onun komandadan kənarlaşdırıldığını elan edib. Həmçinin onun inzibati qaydada cəzalandırılması mümkündür”, məlumatda qeyd olunub.

Avropa Liqasının qrup mərhələsində Portuqaliyanın “Vitoriya” klubu ilə matçdan əvvəl 36 yaşlı futbolçu öz komandasının azarkeşləri ilə mübahisə edib. Nəticədə Evra azarkeşlərdən birinin başına ayaqla zərbə endirib. Oyunun hakimi Evraya matç başlamamış qırmızı vərəqə göstərib.

Qeyd edək ki, Patris Evra “Mançester Yunayted” klubunun heyətində beşqat İngiltərə çempionu, 3 qat İngiltərə Kubokunun qalibi, 2007/2008-ci il mövsümündə Çempionlar Liqasının qalibi olub. 2014-2016-cı illərdə isə “Yuventus”un heyətində ikiqat İtaliya çempionu olub.

***

02:46

“Marsel”in müdafiəçisi Patris Evranı ciddi cəza gözləyir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb veteran futbolçunun Avropa Liqasının qrup mərhələsində “Vitoriya” ilə qarşılaşmada azarkeşi vurmasıdır.

Belə ki, Portuqaliyada baş tutan matçdan əvvəl 36 yaşlı cinah oyunçusu öz komandasının azarkeşləri ilə mübahisə edib. Nəticədə əsəblərinə hakim ola bilməyən Evra ayağı ilə bir azarkeşin başına zərbə vurub. Bunu diqqətdən qaçırmayan baş hakim Evraya qırmızı vərəqə göstərib. Nəticədə ehtiyatda oturmalı olan fransalı tribunaya göndərilib.

Məsələ ilə bağlı araşdırmaya başlayan UEFA-nın İntizam Komitəsi noyabrın 10-da qərarını açıqlayacaq. Qitə futbol qurumunun onu ən azı 5 oyunluq diskvalifikasiya etməsi gözlənilir.

Qeyd edək ki, “Gimaraeş” – “Marsel” oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR