Gürcüstan vətəndaşı Bakıda yol qəzasında ölüb

Gürcüstan vətəndaşı Bakıda yol qəzasında ölüb
# 04 aprel 2018 10:26 (UTC +04:00)

Gürcüstan vətəndaşı Bakıda yol qəzasında ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 3-də saat 18 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində Gürcüstan vətəndaşı Tamaz Dolidze idarə etdiyi “MAN” markalı avtomobili yolun kənarında dayanmış Salyan rayon sakini Elməddin Babayevə məxsus “KamAZ” markalı avtomobilə vurub. Nəticədə T.Dolidze hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR