® Dövlət Komitəsi və beynəlxalq təşkilatlar Azərbaycanda gender əsaslı zorakılığa qarşı kampaniya çərçivəsində video ismarıc paylaşıb

<font color=red>® </font>Dövlət Komitəsi və beynəlxalq təşkilatlar Azərbaycanda gender əsaslı zorakılığa qarşı kampaniya çərçivəsində video ismarıc paylaşıb
# 25 noyabr 2016 07:45 (UTC +04:00)

Bakı, Azərbaycan – 25 noyabr dünyada ənənəvi “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına start verilib. Bu vətəndaş cəmiyyəti təşəbbüsünə dəstək olaraq, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İshaqzai və ABŞ-ın Azərbaycan Respublikasındakı səfirin müavini Uilyam Gill sosial media istifadəçilərinə video ismarıc göndərərək, onları qadınlara qarşı zorakılığın qarşısını almağa çağırıb və gender əsaslı zorakılığın aradan qaldırılmasında təhsilin rolunun vacibliyini vurğulayıblar.

Video message link: https://youtu.be/0uhVhDXBdPk

Ölkəmizdə qadınlara qarşı zorakılıqla mübarizəyə həsr olunan “Gender əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” təbliğat-maarifləndirmə kampaniyası Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Beynəlxalq Miqrasiya Təşkilatı (IOM), Avropa Birliyinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, ABŞ Dövlət Departamentinin Narkotiklər və hüquq mühafizəyə dair beynəlxalq məsələlər üzrə Bürosu, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Bakı Metropoliteni” QSC-nin təşkilatçılıqı ilə həyata keçirilir.

Kampaniya çərçivəsində təşkilatçılar tərəfindən ölkə ərazisində yerləşən ASAN mərkəzlərində bukletlərin paylanması, Azərbaycan Futbol Liqasının oyunları vasitəsilə maarifləndirmənin aparılması, gənclər tərəfindən flashmob-un təşkil olunması kimi ictimai məlumatlandırma tədbirləri həyata keçiriləcək.

“Gender əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq Kampaniyası” hər il noyabr ayının 25-də (Qadınlara Qarşı Zorakılıqla Mübarizə üzrə Beynəlxalq Gün) başlayır və 10 dekabra qədər (Beynəlxalq İnsan Hüquqları Günü) davam edir. Kampaniya qadınlara qarşı zorakılığı insan hüquqlarının pozulması olduğunu vurğulayır. Daha çox “16 günlük kampaniya” kimi tanınan bu fəaliyyət fərdlər və təşkilatlar tərəfindən bütün dünyada qadınlara və qızlara qarşı zorakılığa son qoymağa çağırış etmək üçün birgə strategiya kimi istifadə olunur. İlk dəfə 1991-ci ildə Qadınların Qlobal Liderliyi İnsititutu kampaniyanın keçirilməsinə başlayıb və kampaniya Qadınların Qlobal Liderliyi Mərkəzi tərəfindən koordinasiya edilir.

Gender əsaslı zorakılıq – məhz qadın olduğuna görə qadınlara qarşı yönəlmiş və ya qadınlara qeyri-barabər əsasda təsir edən zorakılıq hallarını əhatə edir. Buraya istər ictimai, istərsə də şəxsi həyatda meydana gəlməsindən asılı olmayaraq fiziki, cinsi, psixoloji və iqtisadi ziyan və zərərlər, o cümlədən təhdidlər, məcburi və ya əsassız azadlıqdan məhrum etmə kimi hallarla nəticələnən və ya nəticələnə bilən bütün zorakılıq hərəkətləri daxildir. Bu 16 gün qadın və qızlara qarşı zorakılığın qarşısının alınması və aradan qaldırılmasında beynəlxalq ictimaiyyətin birliyini göstərəcək və hərəkətə keçmək üçün lazımı mexanizmləri yaranmasını təşviq edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR