"Amrah Sığorta" ötən il aktivlərini azaldıb

"Amrah Sığorta" ötən il aktivlərini azaldıb
# 04 aprel 2018 09:05 (UTC +04:00)

"Amrah Sığorta" ASC ötən il aktivlərini azaldıb.

"APA-Economics" şirkətin yaydığı hesabata əsasən xəbər verir ki, "Amrah Sığorta"nın cəmi aktivləri 2016-cı illə müqayisədə 4,63% azalaraq 6 mln. 734 min 927,88 manat olub.


Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 19 min 783,58 manat, qısamüddətli aktivləri 6 mln. 715 min 144,3 manat təşkil edib.

İl ərzində şirkətin cəmi öhdəlikləri 62,01% azalaraq 767 min 500,06 manat olub. 2017-ci ildə şirkətin uzunmüddətli öhdəlikləri 757 min 293,63 manat, qısamüddətli öhdəlikləri isə 10 min 206,44 manat təşkil edib.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı sabit qalaraq artaraq 5 mln. manat, cəmi kapitalı isə 2,56% artaraq 5 mln. 967 min 427,82 manat təşkil edib.

2017-ci ildə "Amrah Sığorta"nın cəmi gəlirləri 1 mln. 261 min 339,71 manat, cəmi xərcləri 765 mln. 165,45 min manat olub.

Şirkət ötən ili 496 min 177,26 manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR