Azərbaycanlı investor Rusiyada mebel fabriki tikir

Azərbaycanlı investor Rusiyada mebel fabriki tikir
# 06 mart 2017 09:45 (UTC +04:00)

Azərbaycanın "Embawood" şirkəti Rusiyanın Saransk (Mordoviya Muxtar Respublikasının paytaxtı) şəhərində mebel fabriki tikmək niyyətindədir. "APA-Economics" xəbər verir ki, "Bertawood" adlanan fabrik "Rabex Group" sənaye parkının ərazisində yerləşəcək.

Bildirilir ki, fabrikin tikintisinə 800 mln. rubl xərclənəcək.

Şirkət artıq bu il fabrikdə istehsalatın birinci xəttini işə salmaq niyyətindədir. İkinci xətt 2018-ci ildə işə düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR