Mərkəzi Bankın valyuta ehtiyatları bu il 32% artıb

Mərkəzi Bankın valyuta ehtiyatları bu il 32% artıb
# 06 dekabr 2017 11:46 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2017-ci il dekabr ayının 1-nə 5 mlrd. 254,2 mln. dollar təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 243,2 mln. dollar və ya 30,99% çoxdur.

Noyabr ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 53,5 mln. dollar və ya 1,02% artıb.

Cari ilin əvvəlindən artım 1 mlrd. 279,8 mln. dollar və ya 32,2% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR