Rusiya neft hasilatını azaltmağa başlayıb

Rusiya neft hasilatını azaltmağa başlayıb
# 12 yanvar 2017 17:38 (UTC +04:00)

Rusiya OPEK-ə üzv olan və olmayan ölkələr arasında əldə olunan razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəlikləri icra edir və neft hasilatının mərhələli azaldılması prosesinə başlayıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

O, həmçinin qeyd edib ki, hasilat həcminin azaldılması neft şirkətlərinin planlarını qabaqlayır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl Rusiya tərəfinin neft hasilatının azaldılmasına dair üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR