İlqar Hacıyev: "Rusiyadakı azərbaycanlılar ölkəmizə qarşı başladılan qərəzli kampaniyanı pisləyir" - FOTO

İlqar Hacıyev: "Rusiyadakı azərbaycanlılar ölkəmizə qarşı başladılan qərəzli kampaniyanı pisləyir" - <span style="color: red;">FOTO
# 25 iyun 2015 15:34 (UTC +04:00)

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev bildirib.

Onun sözlərinə görə, Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi Azərbaycan prezidenti İlham Əliyevin və oyunların Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyevanın əməyinin nəticəsidir.

İ. Hacıyev bildirib ki, Avropa Oyunlarının açılış mərasimində çoxlu sayda dövlət və hökumət başçılarının iştirakı yarışlara və Azərbaycana olan hörmətin təcəssümü idi: "Rusiya prezidenti Vladimir Putinin Avropa Oyunlarının açılış mərasiminə qatılması isə Azərbaycanla Rusiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu və hər iki ölkə liderinin bir-birinə dərin hörmət bəslədiyini sübut edir. Avropa Oyunlarına rusiyalılar çox böyük maraq göstərirlər. Rusiya kanalları oyunları birbaşa yayımlayırlar. Rusiya və Azərbaycan idmançılarının bu gün yarışlarda medal sayına görə siyahıya liderlik etmələri də sevindirici haldır".

İ. Hacıyev Avropa Oyunları ərəfəsində Ümumrusiya Azərbaycan Konqresinin regional nümayəndəliklərinin Avropa Oyunları ilə bağlı mərasimlər keçirdiyini də qeyd edib.

İ. Hacıyev qeyd edib ki, regionlardakı diaspor təşkilatları 12 iyun- Rusiya Gününə həsr olunan tədbirlərdə "Bakı-2015" Avropa oyunları barədə sərgi guşəsi təşkil ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR