Ucarda ev yanıb

Ucarda ev yanıb
# 12 mart 2019 20:19 (UTC +04:00)

Ucar rayonunda həyət evi tamam yanıb.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Bərgüşad kəndində qeydə alınıb.

Kənd sakini Asif Vaqif oğlu Sərzəliyevə məxsus 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 130 kv/m olan evdə güclü yanğın baş verib.

Ev əşyaları ilə birlikdə tamam yanıb. Hadisə yerinə FHN-nin Ucar rayon Yanğından Mühafizə Hissəsinin 2, Göyçay rayon Yanğından Mühafizə Hissəsinin isə 1 yanğınsöndürən maşını və canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb, ətrafdakı tikililər yanğından mühafizə olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.

Zahid Abışov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR