ABŞ-ın vitse-prezidenti Cey Di Vens Hörmüz boğazından keçidə görə hər hansı rüsumun tətbiq olunmayacağına əmin olduğunu bildirib.
O, bu barədə jurnalist Maykl Noulzaya müsahibəsində danışıb.
"Mən tam əminəm ki, Hörmüz boğazından keçidə görə heç bir rüsum tutulmayacaq", - deyə Vens bildirib.
ABŞ vitse-prezidenti əlavə edib ki, Vaşinqtonun İrana təsir göstərmək üçün hələ də kifayət qədər alətləri var və vəziyyətin ABŞ-ın məqsədlərinə uyğun şəkildə həll olunacağına inanır.