İran və Səudiyyə ətrafında baş verənlər neftin qiymətinə necə təsir edəcək? | Aparalel
Sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücum edilib. Hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin “Ənsar Allah” hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz uçuş təyyarəsi ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavoda güclü yanğın nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb. Ərəb koalisiyası Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücum zamanı istifadə edilən silahların İrana aid olduğunu bəyan edib. ABŞ prezidenti Donald Tramp da bu hücumda İranı günahlandırıb.
Bəs İran və Səudiyyə Ərəbistanı ətrafında baş verənlər neftin qiymətinə necə təsir edəcək?
APA TV-nin “APAralel” verilişin qonaqları, ekspertlər, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban və Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan mövzu ilə bağlı müzakirə aparıb.
DİGƏR XƏBƏRLƏR
Soçidən Aşqabada: HƏFTƏ NƏ İLƏ YADDA QALDI? - Cavid Vəliyev, Şəbnəm Həsənova | APAralel
2022-ci ildə kimlər sosial yardım ala biləcək? - Natiq Cəfərli, Şamil Paşayev | APAralel
Brüssel görüşündə nələr müzakirə oluna bilər? APAralel