Azərbaycanın müştərisiz əkin sahələri: “Marketlər yalnız yerli məhsulları satsın”

# 17:23
17 aprel 2024

Məsələn, bölgələrdə çəkisi 32 kq olan 1 kisə soğan 5 manata satılır. O da ki alan olsa. Paytaxt bazarlarında isə soğanın 1 kq-nın qiyməti keyfiyyətindən asılı olaraq 1 manatdan 3 manata qədərdir. Satıcılar isə deyir ki, bölgələrdə satış probleminin səbəbi məhsulun tələbatdan çox olmasıdır. Nəticədə həmin məhsullar köhnəlir və qat-qat ucuz təklif olunsa da, müştəri tapılmır. Ekspertlər hesab edir ki, yerli kənd təsərrüfatı məhsullarına tələbatı artırmaq olar. Buna tədarük dövründə idxalı azaltmaq və iri ticarət mərkəzlərindən yalnız yerli məhsulların satışını tələb etməklə nail olmaq mümkündür. Ekspertrin sözlərinə görə, təklif olunan üsullarla aqrar sektorun maraqlarının qorunmasına nail olmaq olar. Əvvəlcə isə kompleks strateji proqram hazırlanmalı, aidiyyəti qurumlar birgə işləməlidir.

ORXAN ASLAN

VÜSAL BAYRAMOV

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR