Əlləri qızıl olanlar üçün yeni layihə - İŞİNDƏ PƏRGAR

# 12:15
14 aprel 2022

APA GROUP-a daxil olan APA TV yaradıcı insanlar üçün geniş imkanlar açan “İŞİNDƏ PƏRGAR” adlı yeni layihəyə start verib.

 Layihədə əl işləriniz, peşə fəaliyyətiniz ən yüksək çəkiliş elementləri və rejissor prizmasıyla işıqlandırılacaq. Daha sonra APA Groupa-a aid bir neçə saytda, xüsusi ilə APA TV-nin öz yayımında və sosial şəbəkələrdə yayımlanacaq.

Bu layihə peşə fəaliyyəti ilə məşğul olan insanlar üçün əla marketinq və piar imkanları yaradacaq. Əl işi ilə bağlı olan istənilən peşə sahibi bizə müraciət edə bilər (zərgər, oymaçı, dərzi, rəssam, heykəltəraş və sair).

Bunun üçün [email protected] elektron poçtuna və 050 809 - 50 – 90 nömrəsinə zəng etməklə qeydiyyata düşə bilərsiz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR