Aybəniz Haşımova: “Atam anamı 7 dəfə qaçırdıb”
“Baxmayaraq ki, ailəmizdə qanunlar sərt idi, mən çox sərbəst böyümüşəm”.Bu sözləri APA TV-nin “Kimsən sən” verilişinin qonağı olan Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova qızı Aynişanla söhbətində deyib.
Müğənni xoşbəxt uşaqlıq illərini həvəslə xatırlayır: “Bəlkə də bütün dünyanı axtarsaydılar, mənim qədər xoşbəxt uşaq tapmazdılar. Uşaqlıq həyatımı rəssam kimi tabloya çəksəm, hər kəs həsəd aparar. Çünki hamı məhz elə bir uşaqlıq yaşamaq arzusundadır”.
Aybəniz Haşımova uşaqlıqda müğənni olmaq istəmədiyini gizlətməyib: “Mən sadəcə yaxşı təhsil almaq istəyirdim. Müğənni olmaq fikrim yox idi. Arzum ali təhsil alıb prokuror olmaq idi. Ancaq o zamanlar Heydər Əliyev mənim səsimi eşidib dedi ki, onu Bakıya oxumağa gətirin. Amma evdən buraxmadılar. Mən də bir həftə yemək yemədim, hamıdan küsdüm. Ancaq sonda ailəm razılaşdı və mən Bakıya gəlib, ən yaxşı müəllimlərdən dərs aldım”.
Əməkdar artist hamıya inanmağının zəif cəhəti olduğunu və buna görə bəzən peşmançılıq çəkdiyini deyib: “ Mən hamını yaxına buraxıram. Onun dərdi-səri, xeyri-şəri hamısı mənimdir. Məncə, doğrusu da elə budur. Saxtalığı sevmirəm. İnsan mənim üçün ya var, ya da yoxdur. Yalandan gülməyi bacarmıram. Amma bir müddət sonra insanların əsl siması açılır. Buna görə əsəbiləşirəm. Düşmənim yoxdur. Hamımızın adı bəlli olan bir düşmənimiz var. Sadəcə, məni istəyib-istəməyən var”.
Əməkdar artist “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı qızı Aynişan Quliyevanın yox, tələbəsi Fərid Məmmədovun təmsil etməsinə də münasibət bildirib: “Aynişan seçim turuna öz istəyi ilə qatılmışdı, mənim yox. Ona görə də müsabiqəyə Fərid getdi”.
Sonda valideynlərini yadına salan Aybəniz Haşımova atası ilə anasının çətin baş tutan nikahından danışıb: “Valideynlərimin hər ikisi bəy övladı olub. Atam o qədər yaraşıqlı kişi idi ki, anamı ona vermirdilər. Babam deyirmiş ki, yaraşıqlı kişinin macəraları çox olur. Atam anamı 7 dəfə qaçırdıb. Axırda babamgil və anam insafa gəlib və toyları olub”.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub