Elməddin Cəfərov: "Türk serialları ilə ayaqlaşa bilən yeganə iş "Bacanaqlar”dır"
“Mənim adımı bibim verib. Hələ mən doğulmamışdan öncə Əlibala Hacızadənin “İtkin gəlin” əsəri çox məşhur idi. Bibim o əsərdəki Elməddin adını çox bəyənibmiş. Sonradan həmin adı mənə verib. Adımın mənası din elmi mənasına söykənir”
Bunu APA TV-nin “Kimsən sən” verilişində aktyor Elməddin Cəfərov deyib.
Övladlarının suallarını cavablandırarkən onu sevən adamlardan da danışıb:
“Bilmirəm məni kimlər sevmir. Amma məni sevən insanlar öz ətrafımda, yaxınımda olanlardır. Ümumi bir yanaşma var, əgər insan məşhurdursa, mütləq onu sevməlidirlər. Mən belə düşünmürəm və ümumiyyətlə mənim üçün "fanat" anlayışı yoxdur”.
Qonağımız qeyd edib ki, o, aktyor olmaq eşqinə sonradan düşüb:
“Mən həyatda qarşıma məqsəd qoymamışdım ki, Elməddin olacağam. Ya tarix ya da din müəllimi olmaq istəyirdim. Sonralar aktyorluq da keçdi ürəyimdən. Ancaq peşəmdən asılı olmayaraq mən heç vaxt qarşıma məqsəd qoymamışam ki, gəlib bu yerlərə çıxmalıyam. Həyatı axarına buraxdım. Təbii ki, içimdə bir inam da var idi ki, aktyorluğun ardınca getsəm, nəsə alına bilər. Mən heç vaxt şöhrət dalınca qaçmamışam. Yalnız ailəmi və onları necə dolandıracağımı fikirləşmişəm. Tərifləyən də tənqid edən də çox olub. Amma mən ancaq işimi görmüşəm. Heç kimə qulaq asmamışam, gülümsəyib keçmişəm. İş mənim üçün ayaqda durmaq üçündür. Zatən mən tarixdə qalan adam olmaq istəmirəm”.
Elməddin çəkildiyi “Bacanaqlar” seriyalından da danışıb:
“Bizdə yeni iş ən gec qəbul olunan şeydir. Yeni bir iş ərsəyə gətirirsən, bəyənmirlər. Sonra köhnəlib tarixə düşür. Röya yeni başlayanda onu heç kim qəbul etmirdi. İndi onun fanatları az qala doqquz milyondur. Altı il öncə “bacanaqlar” seriyalının çəkilişinə başladıq. Heç kim bəyənmirdi. Amma indi 200-dən çox bölümünə baxılıb. Məhz “Bacanaqlar” türk serialları ilə ayaqlaşa bilən yeganə işdir”.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Tozun miqdarı normadan artıqdır – Tozlu hava neçə gün davam edəcək?
Məktəb ideoloji mübarizə meydanı deyil, ELMİN VƏ SAĞLAM İNKİŞAFIN MƏKANIDIR
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib
Media və Yayım Şurası AÇIQLAMA YAYDI
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ