Fərqanə Qasımova: "Həyatda hər şey qismətə bağlıdır”
“Uşaq vaxtı heç kim özünə inanmır. Amma valideynlər öz uşaqlarına inanırlar. Balaca olanda atam mənə dəf çalmağı, təsniflər, mahnılar, anamsa mənə qəzəlləri öyrədirdi. Bu minvalla 16 yaşıma qəlib çatdım və anladım ki, məhz muğam yolu ilə çıxacağam. Artıq arzularım bu sənət üzərində qurulmağa başladı”
APA Tv-nin “Kimsən Sən” verilişində qonaq olan xanəndə Fərqanə Qasımova belə deyib:
Xanəndə atası, xalq artisti Alim Qasımovun onun yaradıcılığındakı rolundan da danışıb:
“Bəlkə də atam müəllim, həkim və ya başqa sahənin adamı olardı, o zaman məni yenə də öz istiqamətində yönəldərdi. Ancaq fakt odur ki, mən musiqiçi ailəsində doğulmuşam və məhz bu yolla gedirəm. Əslində, bu həyatda hər şey qismətə bağlıdır”.
Fərqanə xanım qeyd edib ki, Alim Qasımovun davamçısı olmaq çox çətin məsələdir:
“Mənim atam dahi insandır. Onun keçdiyi yolu getmək çox əziyyətli və çətindir. Ancaq mən heç vaxt yerimdə saymamışam. Hər zaman irəli getməyə çalışmışam. Kimdənsə geri qalmayım deyə üzərimdə çalışıb, məsuliyyətli olmuşam”.
Fərqanə Qasımova muğamla bağlı maraqlı bir müqayisə də edib:
“Muğam elmdir. Muğamın - atası anası elə özüdür. Tar, kamança, qaval və digər istifadə olunan musiqi alətləri isə muğamın nəvələridir, məncə. Muğamda həm də fəlsəfə və dərin düşüncə olmalıdır”.
Xanəndə musiqinin başqa janrına müraciət etməməsinin səbəbini də açıqlayıb:
“ Muğamı sevib əsir düşmüşəm. Ona görə başqa janra həvəsim olmadı. Mən də gedib asan, rahat yolla kifayət qədər yaxşı pullar qazanardım. Mənim üçün həyatımı muğam yolunda sərf eləmək həm borc həm də şərəfdir.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Naxçıvandakı 300 İLLİK EVİN SİRRİ: Bu evdə ermənilər də yaşayıb
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Sabaha gözlənilən hava proqnozu açıqlandı
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı
Asif Əsgərov TƏLTİF EDİLDİ
Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Noyabrın 23-nə gözlənilən hava şəraiti açıqlanıb
“Qulağım eşidə-eşidə “bu nə əclaf adamdır!” dedilər” – Nurəddin Mehdixanlı
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyev Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşdü
İnsanları və heyvanları “udan” “QANLI DƏRƏ”DƏN REPORTAJ
Prezident Hanoyda abidə önünə əklil qoyub
Ölkəmizdə ilk: Dövlət-Biznes Əməkdaşlığı Forumu KEÇİRİLDİ
Prezident Sərəncam imzaladı
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 155 sakin yurda döndü
Yuxarı mərtəbələr qızmır? – Damüstü qazanxanalar ÇIXIŞ YOLU OLA BİLƏRMİ?
Lənkəranda Çin tutu - Bu ağacın meyvəsi hər kəsi təəccübləndirir
Çipsiyə aksiz, fermerə güzəşt, taksiyə 1%... - Vergi Məcəlləsində yeniliklər
Xocavənddə sevinc dolu gün: 48 ailəyə yeni evlərinin açarları verildi
“Danışmaq istəmirsən, danışma” – Səyyad Arandan həmkarlarına etiraz
Prezident Almaniyanın nümayəndə heyətini qəbul edib
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 333 sakin yurda döndü
17 Noyabr – Xalqın azadlıq səsinə çevrilən gün
“Kişmiş” restoranındakı yanğının TƏFƏRRÜATLARI
Qarşıdakı günlərdə bizi hansı hava şəraiti gözləyir?
Sabahın hava proqnozu açıqlandı
Köhnə təkərlərdən möcüzələr yaradan Ucarlı usta ABŞ-dan sifarişlər alır
I Türk Dövlətləri Endourologiya Konqresində nələr müzakirə edildi?