Artilleriya mütəxəssisi - polkovnik İlqar Mirzəyevin “Ocaq Əmanəti”

# 17:48
5 noyabr 2020

 

Polkovnik İlqar Mirzəyev 1973-cü il mayın 8-də Gürcüstanın Qardabani kəndində anadan olub. Ailənin tək övladı olan İlqar Mirzəyevin uşaqlıq illəri elə burada keçib. Hələ baxçaya gedərkən müəllimləri onu “Ştirless” deyə çağırıb. İlqar Mirzəyev 1991-ci ildə o vaxtki adı Ümumqoşun Ali Hərbi məktəbi olan, 1992-ci ildə adı dəyişdirilən Bakı Ali Hərbi Birləşmiş Komandirlər məktəbinə daxil olub. Azərbaycanın bir neçə bölgəsində xidmətdə olan İlqar Mirzəyev aprel döyüşlərindən sonra daha böyük vəzifəyə və polkovnik rütbəsinə layiq görülüb. Eyni zamanda Şəmkirdə yerləşən hərbi birləşmələrdən birinə Artilleriya rəisi təyin olunub.

 

2020-ci il 12 iyul tarixində Ermənistan-Azərbaycan sərhədində düşmən hücuma keçib və yaşayış məntəqələrimizi hədəf alıb. Həmin vaxt bölmələrimiz Artilleriya qurğuları ilə düşmənə layiqli cavabı verib. Döyüşlərdən bir gün qabaq ailəsi, dostları ilə danışan polkovnik “hər şey yaxşı olacaq, möhkəm olun” deyib. General Polad Həşimovla eyni binada yaşayıb, eyni yerdə xidmət edən İlqar Mirzəyev sonuncu döyüş tapşırığını da Polad Həşimovla edib. Və bu döyüş onların sonuncu əməliyyatı olub. Polkovnik İlqar Mirzəyev 15 iyul 2020-ci ildə İkinci Fəxri xiyabanda dəfn olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR