Aşıq Zülfiyyə: “İncəsənət qurban yox, ağıl tələb edir”
“17 yaşın içində idim. Bir dəfə əmim qızı ilə söbət edirdim. Uşaqlar gəldi ki, sizə elçi gəlib. Məni bir gülmək tutdu ki, elçi- zad nədir?.. Bütün günü uşaqlarla oynayırdım, elçilik-zad mənə çatmırdı”.
Saz sənətində sayılıb-seçilən sənətçi aşıq Zülfiyyə İbadova ailə qurması ilə bağlı xatirələrini Apa TV-nin “Ömür yoldaşı” verilişinə danışıb.
Zülfiyyə xanım həyat yoldaşı barədə bunları deyib:
“Sakitin adı ilə xarakteri bir-birini tamamlayır. Amma bizim bir tanış var idi. Həmişə Sakitə "Fırtına" deyirdi. Deyirdi, sənin adını nə təhər Sakit qoyublar ?”
Sakit Quliyev sənətçi ilə evlənərkən yüz ölçüb bir biçdiyini, ömür yoldaşının ailə etimadını tam doğrultduğunu söyləyib və bir cəhətini xüsusi vurğulayıb:
“Zülfiyyənin ən böyük üstünlüyü o oldu ki, o, həmişə anamla məsləhətləşdi...”
Aşıq Zülfiyyənin sənət-ailə dilemmasına münasibəti də çox konkret olub: “Deyirlər ki, incəsənət qurban tələb edir. Allah haqqı yalandır. İncəsənət ağıl tələb edir ”.
Ailə münasibətlərini qorumağın sirlərindən danışan sənətkar bir xatirəsini də “Ömür yoldaşı”nın izləyiciləri ilə bölüşüb: “Təzə ailə qurmuşduq. Bir dəfə biri mənə dedi ki, yaxşı mirvari satırlar, yoldaşına de, sənə alsın. Mən də bilirəm axı Sakitin elə pulu yoxdur. Dedim ki, mirvaridən xoşum gəlmir ”.
Qarşısındakının əl çəkmədiyini görəndə Zülfiyyə xanım onu belə susdurub:
“Dedim, mənim mirvarim də odur, qızılım da, brilyantım da”.
Sakit Quliyev münasibətlərdə elə bir çətinlik çəkmədiklərini bildirib. Gənclərə maddiyyatdan uzaq olmağı tövsiyə edib.
Ailədə hər cür məqam olduğunu söyləyən Aşıq Zülfiyyə bir dəfə toy məclisində qarşılaşdığı gözlənilməz müraciətdən də söz açıb : “Dedi, bəsdir də, nə qədər oxuyacaqsan ?!”
Sənətçinin ömür yoldaşı Sakit Quliyev ailələrinin indiki durumunu belə səciyyələndirib: ”Əvvəllər Zülfiyyə də, Babək də, mən də hərəmiz bir otaqda oturub öz işimizlə məşğul olurduq. Nəvə bizi bir yerə yığıb. O, hara gedir, biz də onun dalınca gedirik ”.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Tozun miqdarı normadan artıqdır – Tozlu hava neçə gün davam edəcək?
Məktəb ideoloji mübarizə meydanı deyil, ELMİN VƏ SAĞLAM İNKİŞAFIN MƏKANIDIR
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib
Media və Yayım Şurası AÇIQLAMA YAYDI
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ