Dərinin göbələk xəstəlikləri: nə zaman təhlükəlidir?
“Dərinin göbələk xəstəlikləri dəri xəstəlikləri arasında ən çox rast gəlinən problemlərdən hesab olunur. Xüsusilə yay aylarında bu problemlərə daha çox rast gəlinir”.
Bunu APA TV-nin “Öncə sağlıq” layihəsinin növbəti buraxılışının qonağı dermatoloq Firayya Məmmədova deyib.
Göbələk xəstəliklərinin yayılmasını dərinin gücü, immunitetlə əlaqələndirən həkim-dermatoloq, burada immunitetin zəifliyini xüsusi vurğulayıb.
Onun sözlərinə görə, problemə daha çox ayaqlarda rast gəlinir: “Bağlı ayaqqabı, sulu mühit problemin yaranmasına şərait yaradır. Ayaqları nə qədər quru saxlasaq, problemə az rast gəlinər, eyni zamanda problem olanda da quru mühitdə daha tez aradan qalxar”.
F.Məmmədova deyib ki, bəzi göbələk xəstəlikləri, o cümlədən dırnaq göbələkləri ümumiyyətlə, qaşınma ilə müşahidə edilmir. Göbələk xəstəliklərinin müalicəsində yaşın mühüm rol oynadığını qeyd edən dermatoloqun sözlərinə görə, bu proses orqanizmdən asılı olaraq 6-7 ay çəkir.
O qeyd edib ki, manikür-pedikür zamanı gigiyenik qaydalara düzgün əməl olunmazsa, göbələk xəstəliklərinə zəmin yarana bilər.
Dermatoloq göbələk xəstəliyinin orqanizminin tamamilə zəifləməsinə və ölüm hallarına da gətirib çıxara biləcəyini istisna etməyib. Daxili göbələk xəstəliklərinə daha çox qadınlarda rast gəlindiyini söyləyən həkim-dermatoloq, bunun səbəbinin ginekoloji xəstəliklər olduğunu söyləyib.
Həkim-dermatoloq onu da qeyd edib ki, dəri xəstəliklərinin əmələ gəlməsinin 99%-i stresslə bağlıdır, eyni zamanda göbələk xəstəliyinin yaranmasında da stress amilinin rolu var. Onun sözlərinə görə, dərinin göbələk xəstəliklərinin qida ilə heç bir əlaqəsi yoxdur.
Firayya Məmmədova deyib ki, əl və ayaq göbələklərinə daha çox qadınlarda rast gəlinir: “Göbələk xəstəlikləri ən çox 50 yaşdan sonra aşkarlanır”.
Həkim-dermatoloqun sözlərinə görə, dərinin göbələk xəstəlikləri zamanı hormonlu kremlərdən istifadə arzuolunmazdır: “Çünki biz bununla problemi maskalamış oluruq. Bu isə başqa bir xəstəliyin ortaya çıxmasına gətirib çıxarır”...
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər