24 ailə Laçına yola salınıb: “10 yaşımda çıxdığım kəndimi görmək istəyirəm”

# 12:20
28 fevral 2024

24 ailə Laçına yola salınıb: “10 yaşımda çıxdığım kəndimi görmək istəyirəm” – APA TV Böyük qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Belə ki, Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı Qobupark-3 yaşayış kompleksindən yola düşüb. Bakı, Sumqayıt, Abşeron, Tərtər və Ağcabədidən gələn 20 ailə - 78 nəfər Laçın şəhərinə, 4 ailə - 11 nəfər isə Zabux kəndinə köçürülüb. Laçın sakinləri öz sevinc və həyəcanlarını media nümayəndələri ilə bölüşüblər. Bununla da, Laçın şəhərinə köçürülənlərin sayı ümumilikdə 451 ailə - 1705 nəfər, Zabux kəndinə isə 211 ailə - 808 nəfərə çatıb.

LƏMAN SALEHOVA

HƏZRƏT BAYRAMLI

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR