870 manat təqaüdə banklar niyə kredit vermir? – Bankdan açıqlama

# 11:02
16 yanvar 2024

Kredit təşkilatları bir qayda olaraq gəliri kifayət qədər olmayan, mənfi kredit tarixçəsi və qeydiyyatla bağlı problemləri olan şəxslərə borc vermirlər. Amma bu dəfə kredit ala bilməyən Abşeron sakini I qrup gözdən əlil Fazil Hüseynovdur. O deyir ki, əgər birinci qrup əlilsənsə, banklardan kredit almaq mümkünsüz olur. Hətta nəinki kredit, hətta debet və pensiya kartı almaq da böyük bir zülm hesabına başa gəlir. Bu problem tək Fazil Hüseynovun yox, birinci qrup əlil olan hər kəsin problemidir. Vətəndaşlar bildirir ki, banklarda yaşadıqları sənədləşmə problemləri və əlilliklərinə görə qarşılaşdıqları çətinliklər saymaqla bitmir. Azərbaycan Beynəlxaq Bankı və Kapital Bankla əlaqə saxladıq. Azərbaycan Beynəlxalq Bankın mətbuat katibi Yadigar Cəfərli bildirdi ki, fiziki məhdudiyyətli şəxslər Bankdan kredit ala bilərlər. Kapital Bankın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arzu Əliyeva da bildirdi ki, birinci qrup gözdən əlillərin müəyyən şərtlərlə debet kart ala bilmələri mümkündür. İqtisadçı Xalid Kərimov bildirir ki, banklara pulu verdiyi şəxs yox, şəxsin verilən pulu geri qaytarmaq imkanları maraqlıdır. Kreditin verilməsi ilə bağlı yoxlanılan əsas meyar şəxsin gəlirləridir. Hüquqşünas Ramil Süleymanov deyir ki, bankların kimə istəsə ona kredit vermək hüququ var. Bəzi kredit mütəxəssisləri isə bildirir ki, kredit almaq istəyən əlil şəxs istənilən halda iş yerinə malik olmalıdır. Əlil şəxsin iş yeri varsa əlilliyə görə aldığı təqaüd də əlavə gəlir kimi hesablanır.

Xədicə Səxavət, Əli Əliyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR