“Açıq danışacam, “Azərsu” əməkdaşları buna görə bizdən pul tələb ediblər
Zirzəmilər su ilə dolub-daşır, ətraf üfunət qoxuyur, liftlər günaşırı xarab olur, sakinlər isə suya həsrətdirlər. Bakının Nizami rayonu Elşən Süleymanov 172 ünvanında belə acınacaqlı vəziyyət hökm sürür. Bütün bu ağır problemlərlə yaşamaq məcburiyyətində qalan sakinlərin yeganə istəyi isə suyun normal şəkildə verilməsidir. Deyirlər ki, gün ərzində verilən içməli suyun təzyiqi çox aşağıdır. Bu da xüsusilə yuxarı mərtəbələrdə yaşayan sakinlər üçün ciddi çətinlik yaradır. Məsələ ilə bağlı Azərsu ASC ilə əlaqə saxladıq. Qurumun sözçüsü Anar Cəbrayıllı bildirdi ki, sözügedən ərazi təsdiqlənmiş qrafikə uyğun olaraq su ilə təmin edilir. Yəni vətəndaş artıq taleyi ilə barışmalıdır. Vətəndaş isə möcüzə gözləyir. Necə deyərlər ümid qurban olduğumadır.
AYTƏN SAKİTQIZI RASİMBƏHRAMİ APA TV
DİGƏR XƏBƏRLƏR
Bakı metrosunun “sovetdənqalma qatarlar”ı yenisi ilə əvəzlənməyəcək? – “65 yeni vaqon alınacaq”
Bakıda borca görə düşən mübahisədə söyüş də söyüldü və qan çıxdı
Telefonlardakı şəxsi görüntü və bank hesablarınız ələ keçirilə bilər