Ağdamda əkin şumlayan kənd sakini qəbir tapdı

# 18:35
14 noyabr 2023

Ağdamda əkin sahəsində qəbir aşkarlanıb. Qədim dövrə aid olduğu ehtimal olunan qəbir rayonun Mirəşelli kəndində ortaya çıxıb. Kənd sakini Ceyhun Kərimovun əkin sahəsində şumlama işləri aparılan zaman böyük daş parçası traktorun kotanına ilişib. Hadisə yerinə baxış zamanı açılan quyunun dörd bir tərəfi daşla örtülmüş məzar olduğu məlum olub. Daş qəbrin içində insan sümüklərinin qalıqları olduğu görünüb. Kənd sakinləri sovet dövründə bu ərazilərdə olan torpaq təpələrin dağıdılaraq əkin sahələrinə çevrildiyini deyir. Ağdam rayon İcra Hakimiyyəti başçısının Əhmədağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm Əliyev aşkarlanan qəbir barədə məlumat verib. Bildirib ki, hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Uzunluğu 1.90 metr, eni isə 0.60 metr olan qəbrin eramızdan əvvələ aid antik qəbir olduğu ehtimal olunur.

Emin Babayev, Fəzail Səfərov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR