Ağdaşda qətl, qonşu qonşunu qətlə yetirdi - APA TV

# 13:15
7 dekabr 2023

Ağdaşda qətl hadisəsi baş verib. Hadisə şəhərin M.Ə. Rəsulzadə küçəsində qeydə alınıb. Dekabrın 7-də saat 01 radələrində Ağdaş rayonunda 1968-ci il təvəllüdlü Hacıyev Araz Mahir oğlunun küt alətlə yetirilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Araz Hacıyevin qohumları bildirir ki, mərhum çox sakit adam olub. DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qonşu, 1973-cü il təvəllüdlü Rüstəmli Rövşən Rüstəm oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir. İlham Əhmədov, Taleh İbrahimov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR