“Ancaq Azərbaycan pavilyonunda daha çox qonaqpərvərlik və istiqanlılıq hiss edirdik”

# 09:18
19 dekabr 2023

 

Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “COP 29: gözləntilər, perspektivlər” mövzusunda QHT-lərin ictimai müzakirəsi keçirilib. Agentliyin İcraçı direktoru Aygün Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının, yəni COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsini tarixi uğur adlandırıb. O, Agentliyin 2024-cü ilin əvvəlində “COP29”la bağlı xüsusi qrant elan edəcəyini də açıqlayıb. Daha sonra Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərovanın moderatorluğu ilə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin COP29-la bağlı fikir və təklifləri dinlənilib, müzakirələr aparılıb. Tədbirdə COP 28-də iştirak etmiş QHT sədrləri də öz mülahizələrini bölüşüb. Tədbirin sonunda QHT-lər COP29-la bağlı birgə bəyanat qəbul edib. Bəyanatda Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri olaraq COP 29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi qərarının alqışlandığı vurğulanıb. Bəyanatda həmçinin vurğulanıb ki, vətəndaş cəmiyyəti üzvləri QHT-lər COP-29-la əlaqədar müsbət təşəbbüsləri dəstəkləməyə, beynəlxalq QHT-lərlə əməkdaşlığa, xarici ölkələrin vətəndaş cəmiyyəti təmsilçilərinə bu istiqamətdə hər cür köməklik göstərməyə hazırdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR