Astarada beş kəndi rayon mərkəzinə birləşdirən körpü qəzalı vəziyyətə düşdü
İntensiv yağıntılar nəticəsində pensər çayda sel sularının çoxalması Astaranın Miki kəndini rayon mərkəzi ilə birləşdirən körpünü qəzalı vəziyyətə salıb. Körüpünün alt Körpü, Miki kəndi də daxil olmaqla Qələpurqu, Rinəsə, eləcə də dağ yolu olan Əsxənəkəran, Toradini rayon mərkəzinə çıxışını təmin edən yeganə yoldur. Körpünün bir istiqamətində torpaq qatının sürüşməsi yolun hərəkət hissəsini darlaşdırıb. Siyəkü kənd bələdiyyə sədri bildirdi ki, mövcud körpüdə əraziyə cəlb olunan texnikaların köməyi ilə təmir işləri aparılıb. Torpaq uçqunu olan ərazilərə çınqıl daşlar, şebel tökülüb. Qeyd edək ki, Miki kəndi yolunun üstündə qurulan körpüdən 1500 nəfər əhali istifadə edir. İlkin Rzayev Rövşən Almazoğlu APA TV Astara
DİGƏR XƏBƏRLƏR
Bakı metrosunun “sovetdənqalma qatarlar”ı yenisi ilə əvəzlənməyəcək? – “65 yeni vaqon alınacaq”
Bakıda borca görə düşən mübahisədə söyüş də söyüldü və qan çıxdı
Telefonlardakı şəxsi görüntü və bank hesablarınız ələ keçirilə bilər