Astaralı fermer çəkisi 1 kq 200 qram olan limon yetişdirdi

# 16:20
14 noyabr 2023

Bildiyimiz kimi normalda bir limonun çəkisi təqribən 70 – 80 qram olur. Amma Astaralı fermerin öz bağında yetişdirdiyi limonun çəkisi 1 kiloqrama yaxındır. Astaralı fermer Zəbiəli Əliyev yetişdirdiyi limonu Özbəkistandan gətirib. Fermer deyir ki, bir gün o, Özbəkistanda yaşayan əsgərlik dostuna baş çəkib. Belə bir limon sortunu da onun evində görüb. Evə gələndə dostundan xahiş edib ki, ağacdan ona versin. Dostu da limon ağacından ona verib. Fermer, evə gətirdiyi o ağaca qulluq edib, təsərrüfatında artırıb. Fermer deyir ki, bu limonu qabıqlı yemək vacibdir. Ağac bir il müddətində 400 – 500 ədəd məhsul verir. Əgər ağacda 700 – 800 ədəd limon olarsa, məhsul qırılır tökülür, hətta ağacı sındıra da bilir. Buna görə də məhsulu və ağacı bir – birinə möhkəm bağlamaq gərəkdir. İnterşum: Dialoq Qeyd edək ki, ağaclardan asılı olaraq, bağda çəkisi 600 - 900 qram olan limonlara rast gəlinir. Təsərrüfatda yetişən ən böyük limonun çəkisi isə 1 kq 200 qram olub.

İlkin Rzayev Rövşən Almazoğlu APA TV Astara

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR