“Atam həmişə Laçının gözəlliklərindən danışır, həyəcanlıyam”

# 12:15
23 noyabr 2023

 

Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə növbəti köç karvanı yola salınıb. Noyabrın 23-də Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 25 ailə - 93 nəfər köçürülüb. Zabux sakinləri sevinc və həyəcanlarını bizimlə bölüşüblər. Xatırladaq ki, indiyədək Zabux kəndində 121 ailənin, yəni 475 nəfərin daimi məskunlaşması təmin edilib. LƏMAN SALEHOVA ARİF ƏLİYEV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR