Azərbaycanda pul toplamaq üçün kart hesabları niyə icazəsiz paylaşılır?

# 20:00
23 aprel 2024

 Külli miqdarda pula ehtiyacı olan şəxslərə kömək etmək lazım olanda ağıla gələn ilk vasitə kart hesabı açıb yardım üçün pul toplamaq olur. Hətta, demək olar ki, hər günümüzü telefona gələn yardım xahişləri ilə açırıq. Amma tez-tez rastlaşdığımız bu mənzərəyə görə, necə deyərlər xeyirxahlığımızın qurbanı ola bilərik, çünki, vəziyyətdən sui istifadə edən dələduzlar da az deyil. Ölkəmizdə bu problemin həll olunmaması həqiqətən də ehtiyacı olanlara qarşı inamsızlıq yaradıb. Həqiqətən də, ianə prosesinə müəyyən nəzarət olmalıdır. Məsələn, Türkiyədə pul toplamaq üçün müvafiq nazirlik və dövlət qurumlarından icazə alınır. Problemin aradan qaldırılması üçün bir neçə qurum birlikdə fəaliyyət göstərməlidir. Hər halda sosioloqlar belə düşünür. Bəs, Azərbaycanda bununla bağlı iş görülürmü, yaxud belə bir plan varmı? Bu sualların da əhatə olunduğu sorğunu müvafiq qurumlara ünvanlamışıq. Mövzunu rəsmi mövqe ilə davam etdirmək fikrindəyik, əlbəttə ki, sorğumuza cavab gəlsə... Qeyd edək ki, Azərbaycanda sosial şəbəkə və ya efir vasitəsilə kart hesablarının paylaşılması və bu yolla pul yığmaq qanunsuzdur. Sadəcə, buna Türkiyədəki kimi nəzarət mexanizmi yoxdur, yoxsa tez-tez rastlaşmazdıq.

LƏMAN SALEHOVA

RAMİQ ABBASOV

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR