Bakı Sağlamlıq Mərkəzində qalmaqal: “Rüşvətlə işdən yayınırlar”

# 19:08
1 mart 2024

Övladının dişini müalicə etdirmək məqsədilə onu Bakı Sağlamlıq Mərkəzinə aparan Zamin Babayev 11 yaşlı qızının yüksək dozada narkoz verilməsini əsas gətirərək komaya düşdüyünü iddia edir. APA TV-yə danışan Zamin Babayev bildirdi ki, onlar hadisədən 40 dəqiqə sonra xəbər tutublar. Komaya düşən Xədicə Babazadənin valideyni deyir ki, Bakı Sağlamlıq Mərkəzi baş verən hadisəyə görə yaxasını kənara çəkir. O da məcburiyyətdən məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da müraciət edib. Bakı Sağlamlıq Mərkəzi ilə əlaqə saxladıq. Bildirildi ki, baş verən hadisə ilə bağlı açıqlama veriləcək. Amma nə vaxt və saat neçədə? Gözləməli olacağıq.

AYTƏN SAKİTQIZI APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR