“Beş uşaq himayədar ailələrə verilib” - “Himayədar ailə” qayğı modeli nədir?

# 20:00
19 yanvar 2024

“Beş uşaq himayədar ailələrə verilib” - “Himayədar ailə” qayğı modeli nədir? – APA TV Ailədə yaşamaq və tərbiyə olunmaq uşağın əsas hüquqlarından biridir. Uşaq ailədə fiziki və mənəvi inkişafa nail olur, cəmiyyətin tam hüquqlu üzvü olmağa hazırlaşır. Kifayət qədər ailə sevgisindən məhrum qalmış uşaq var. İllərdir övlad həsrəti ilə yaşayan ailələr də az deyil. Bu halda, övladlığa uşaq götürmək istəyənlər hara və necə müraciət etməlidir? Bəs, kimlər övladlığa uşaq götürə bilər? Uşaq ailəyə himayəyə verildiyi kimi geri alına da bilər. Bu, o hallarda baş verir ki, övlad götürən valideyn öz vəzifələrini yerinə yetirmir və övlad öz hüququndan sui-istifadə edir. Qeyd edək ki, dövlət başçısının 2022-ci il 15 fevral tarixli Fərmanına əsasən himayədar ailə sahəsində dövlət siyasəti, tənzimləmə və dövlət nəzarəti sahəsində səlahiyyətlər ötən ilin 1 noyabrından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. Bəs övladlığa götürmə ilə himayəyə götürmənin fərqi nədir? Psixoloq Gülər Məmmədova deyir ki, uşaqlarla yanaşı övladlığa götürəcək ailə də prosesə psixoloji olaraq hazır olmalıdır. Onu da bildirək ki, sağlamlıq imkanları məhdud uşaqlar övladlığa götürülərkən əlillik dərəcəsinə uyğun olaraq müavinat təyin olunur.

LƏMAN SALEHOVA TURAL ƏLİZADƏ APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR