Beynəlxalq səyyahlar Xudafərin körpüsündə olublar
Beynəlxalq səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri davam edir. Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”un 30 nəfərlik geniş heyəti işğaldan azad edilmiş Cəbrayıl rayonuna səfər edib. Səyyahlar unikal tarixi abidə sayılan Xudafərin körpüsündə olublar. Onlara Xudafərin körpüsü barədə, həmçinin, Ermənistan silahlı qüvvələrinin törətdiyi vəhşiliklər haqqında məlumat verilib. Bildirilib ki, ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla, yüksək memarlıq-mühəndis həlli və digər xüsusiyyətlərinə görə Xudafərin körpüləri Azərbaycan memarlığının dəyərli abidələrindəndir. Tarixən İpək Yolunun üzərində yerləşən körpülərdən biri 15, digəri 11 aşırımlıdır. Diqqətə çatdırılıb ki, digər ərazilər kimi bu yerlər də dağıntılara məruz qalıb, işğal illərində evlər talan olunub, təbiət isə məhv edilib. Burada da bir çox tarixi-dini abidələr ermənilər tərəfindən təhqir edilib, məscidlərdə heyvan saxlanılıb, qəbirlər qazılaraq dağıdılıb. Vurğulanıb ki, məhz işğaldan azad edildikdən sonra Şərqi Zəngəzurda həyat canlanmağa başlayıb və Azərbaycan tərəfindən mühüm layihələr üzrə işlər aparılır. Xatırladaq ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, “NomadMania”, o cümlədən bu klubların müxtəlif üzvlərinin birləşdiyi Türkiyənin Gəzginlər Klubunun, Britaniyanın “Piki Reels”, İsveçin “Club 100” heyətlərinin ötən 4 ildə 9 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə, 4-ü isə 2023-cü ildə baş tutub. Norveçin dünya şöhrətli “Vagaclub”unun səfəri bu qəbildən olan sayca 10-cu səfərdir. Ümumilikdə bu 10 səfərdə 46 ölkədən 360-dan çox beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olmaq imkanı qazanıb. Onların vasitəsilə dünyada milyonlarla insan Qarabağdakı real vəziyyət barədə ətraflı məlumat alıb.
Emin Babayev, Fəzail Səfərov, APA TV
DİGƏR XƏBƏRLƏR
![Qəbələnin Mirzəbəyli kəndinin sakinləri görün sudan necə istifadə edirlər](https://apa.az/storage/apa-tv/news/2024/june/06/big/66619f1bb8c1066619f1bb8c11171767375566619f1bb8c0c66619f1bb8c0e.jpg)
Qəbələnin Mirzəbəyli kəndinin sakinləri görün sudan necə istifadə edirlər
![Balakəndə ot biçməyə gələn fəhlələr, ev sahibinin qurd düşmüş meyitini tapdı](https://apa.az/storage/apa-tv/news/2024/june/06/big/66619219d7e3d66619219d7e3e171767042566619219d7e3b66619219d7e3c.jpg)
Balakəndə ot biçməyə gələn fəhlələr, ev sahibinin qurd düşmüş meyitini tapdı
![Silinən zolaqlar, xarab işıqforlar, yoxa çıxan nişanları– Bu yollara niyə nəzarət yoxdur?](https://apa.az/storage/apa-tv/news/2024/june/06/big/666151e0218cf666151e0218d01717653984666151e0218cd666151e0218ce.jpg)
Silinən zolaqlar, xarab işıqforlar, yoxa çıxan nişanları– Bu yollara niyə nəzarət yoxdur?
![Əli Əhmədov: “Fermer 7 manat 40 qəpik verməklə 1000 manatlıq buğdanı sığortalayır”](https://apa.az/storage/apa-tv/news/2024/june/05/big/6660704dd6b676660704dd6b6817175962376660704dd6b656660704dd6b66.jpg)