“Böyük qayıdış” çərçivəsində daha 127 nəfər doğma yurda köçürüldü

# 13:45
28 oktyabr 2023

“Böyük qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Bu dəfə Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun Ağalı kəndinə 127 nəfər olmaqla, 25 ailə yola salınıb. Onlar işğal dövründə tamamilə dağıdılmış 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir. Qeyd edək ki, bununla da indiyədək Ağalı kəndində 871 nəfər olmaqla, 175 ailənin daimi məskunlaşdırılması təmin olunur. Kəndə köçürülmə davam etdiriləcək.

ORXAN ASLAN

HƏZRƏT BAYRAMLI

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR