“Bu gecə ocağın yanına buğda sərin, o gəlib buğdanın üstünə ayaq basacaq”

# 15:52
8 fevral 2024

 

Bu gün Naxçıvanda oğlan evindən nişanlı qızlara, ata evindən təzə gəlinlərə “Xıdır payı” aparılır. Xıdır və ya Xıdır Nəbi bayramı Naxçıvanda xüsusi qeyd edilən bayramlardan biridir. Bu bayram “qışın oğlan çağında”, Kiçik çillənin onuncu günü qeyd edilir. Bu bayramın fevralda keçirilməsinin də öz mənası var. Türk inanclarına görə qışın sərt vaxtında insanların tədarük etdikləri ərzaq, yem, yanacaq ehtiyatının azaldığı vaxt onların köməyinə Xıdır Nəbi gəlir. Nişanlı qızlara ona görə, “Xıdır payı” aparılır ki, gəlin köçdüyü evə özü ilə ruzi-bərəkət aparsın. Başqa qəribə inanclar da var. İnsanların inancına görə, səliqəsiz evə Xıdır gəlməz, onun gəlmədiyi ev, ailə isə dərd-bəladan qurtulmaz. Bayramı xüsusi qeyd edən sakinlər bu gün qovurğa qovurur, qovut hazırlayırlar. Hazırlanan qovutdan yaşlılara, qonşulara paylanılır. Evlərdə süfrələr qurulur, hər kəs bir-birinə qonaq gedir, el adətlərinə uyğun olaraq qızlar, gəlinlər başlarına kəlağayı bağlayırlar. Bir süfrə başına toplaşan qız-gəlinlər bayrama uyğun bayatılar deyir.

Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR