Bu kəndin camaatı başqa kəndə qız vermirmiş – Xonçalar küçəbəküçə gəzdirilir

# 13:30
9 aprel 2024

Bu kəndin camaatı başqa kəndə qız vermirmiş – Xonçalar küçəbəküçə gəzdirilir Sələsüz Şahbuz rayonunun ən qədim kəndlərindən biridir. Muxtar respublikanın ən böyük gölünün ətrafında yerləşən kəndin adının mənası heç də yerləşdiyi yerə uyğun gəlmir. Bəzi mənbələrə görə isə kəndin adının mənası "Suyu süzən" kimi xarakterizə olunur. Yerli sakinlər deyir ki, əvvəllər kəndə çox az ev olub, indi isə bu say 150-ni keçib və hər evdə də yaşayış var. Kəndin yaşlı insanları deyir ki, qədim tarixi olan bu kəndin öz adət-ənənələri hələ də yaşamaqdadır. Kəndin sakinləri daha çox heyvandarlıq və kənd təsərrüfatı ilə məşğul olur. Bir zamanlar gölün digər tərəfində yerləşən Mərəlik kəndi bura köçürülüb və iki kənd demək olar ki, birləşib. Hər iki kəndə gələn qonaqlar da, sonradan bura köçüb həyat quran insanlar da, yerli camaat da deyir ki, Sələsüz ən gözəl kəndlərdən biridir.

Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR