Bu kəndində cəzası olanları cəzalandırmaq üçün meydan var imiş

# 14:27
3 may 2024

Zəngəzur silsiləsinin ətəyində, Vənəndçayın sahilində daynan bir təbiət gözəlidir Vənənd kəndi. Kənd sakinləri kəndin tarixinin çox qədimlərə gedib çıxdığını deyirlər. Vənəndin tarixi abidələri bu kəndin qədimliyini bir daha sübut edir. Xüsusilə, kəndin mərkəzi meydanında yerləşən məscidin quruluşu, şəbəkə sənəti ilə işləmələri, içərisində olan daşın üzərində olan yazı kəndin tarixini özündə əks etdirir. Kənddəki hamam da məscidlə eyni tarixdə tikilib. Hamamı tikən usta haqqındakı hekayələri sakinlər bu gün də xatırlayır, danışırlar. Vaxtilə kəndin divanxanası da olub. Kəndin çox maraqlı adət-ənənələri var. Kənd sakinlərinin əsrlərdir unutmadığı, oyuna çevrilmiş bir yallı var ki, adına Çöbüdüm yallısı deyirlər. Sakinlər deyir ki, bu kənddə hər hansı bir şəxsin problemi olarsa, onu yerli insanlar ad demədən həll edirlər. Vənəndin çinarlarına heyran qalmayan yoxdur. Bu çinarların içində bir vaxtlar çayçı belə olub. Vənənd sakinlərinin çınarlara bağlı ən yaddaqalan xatirəsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edək ki, XIX əsrdə Vənənd kəndində "Əncüməni-şüəra" ədəbi məclisinin təşkil olunub.

Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR