Bu rayonda plovun 46 növü var

# 13:00
1 mart 2024

Şamaxı Azərbaycanın qədim şəhəridir. Şamaxılılar təbiətən qonaqpərvər və şən adamlardır. Zəngin Şamaxı mətbəxində təkcə plovun 46 növü məlumdur. Bunlardan biri də şüyüdlü plovdur. Bu plovun hazırlanması üçün qurudulmuş şüyüd, lobya və yağlı quzu əti lazımdır. Bu plovu bişirmək üçün istifadə edəcəyiniz şüyüdü mütləq gərək kölgədə qurudasınız ki, aşa vurulanda onun yaşıllığı itməsin. Quzu ətini qaynadarkən soyulmuş soğanı bir neçə hissəyə bölüb içinə atsanız ətin dadına dad qatmış olacaqsınız. Qaynatdığımız düyünü dəmə qoymağa az qalmış lobyaları da əlavə edib bir qədər qaynadırıq. Hər ikisi bişdikdən sonra aşımızı dəmə qoyuruq. Şamaxılılar deyir ki, bu yeməyi mütləq qatıqla yemək lazımdır.

İlham Əhmədov, Taleh İbrahimov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR