Bu şəxslər pensiyasız qalacaq – “CENTLMEN MÜQAVİLƏSİ” nədir?

# 09:25
19 fevral 2024

Bəzi işəgötürənlər işçilərlə əmək müqaviləsi adı altında xidməti müqavilə bağlayırlar. Xidməti müqavilə bağlamaqla vətəndaşlar işəgötürənin vergi və sosial öhdəliklərini öz üzərinə götürmüş olur ki, bu da onların hüquqlarının pozulması deməkdir. Əmək müqaviləsi olmayan və əməkhaqqını qeyri-leqal alan işçilər gələcəkdə pensiya təminatından məhrum olurlar. Bəzi hallarda isə işəgötürənlər heç xidməti müqavilə də bağlamırlar. İşçini müqavilə bağlayırmış kimi göstərməklə aldadırlar. Bəs xidməti müqavilə və yaxud VÖEN-lə işləyən şəxslərin pensiyaları necə hesablanır? Məsələ ilə bağlı suala Dövlət Sosial Müdafiə Fondundan aydınlıq gətirildi. Qeyd edək ki, xidməti müqavilə hər hansı xidmətin göstərilməsi məqsədi ilə sifarişçi və icraçı arasında bağlanılan mülki-hüquqi müqavilədir və mülki qanunvericiliklə tənzimlənir.

ORXAN ASLAN VÜSAL BAYRAMOV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR