Bu şirniyyatı arzu tutub hazırlaya bilərsiniz – Buğda və süddən gələn ləzzət

# 14:25
15 dekabr 2023

Şahbuz Naxçıvanın ən qonaqpərvər rayonlarından biridir. İnsanlarının qonaqpərvərliyi, çörəyə verdiyi dəyər ərsəyə gətirdikləri yeməklərin dadını bir başqa edir. Elə, rayonun Aşağı Qışlaq kənd sakini Qeysi nənə bizi qədimdən bəri qış aylarının əvəzolunmaz şirniyyatı sayılan qovuta qonaq elədi. Onu hazırlamaq üçün buğda, süd və şəkər tozu kifayət edir. İlk olaraq buğdanı üyüdülmək üçünhazır vəziyyətə gətiririk. Müsahibimiz deyir ki, qovutun hazırlanması çox yadda qalan amma güc tələb edən bir prosesdir. Çünki buğda tam qovurulduqdan sonra onu kirkirədə un halına gələnə kimi çəkmək lazımdır. Qovutun dadı və gözəlliyi çəkilən zaman buğdanın iyindən hiss olunur. Qeysi nənə deyir ki, qovutu həm bərk halda, həm də nisbətən sulu halda yemək mümkündür. Amma qış aylarında qovutu sulu halda, xüsusilə də südlə hazırlamaq daha məqsədəuyğundur. Kənd sakinləri bu şirniyyatın hər şeyə xeyri olduğuna inanır. Üzərinə isə şəkər tozu əlavə edilir və isti halda yeyilir. Qovut hər bölgədə, hər kənddə fərqli şəkildə hazırlanır. Südlə hazırlanan qovutu bərk hala da salmaq mümkündür. Bəzi hallarda isə çəkilən buğdanı südlə yanaşı, qaynadılmış su ilə hazırlamaq olar. Qədimdən qalan adətə görə isə insanlar tutduqları arzunun həyata keçməsi üçün əhd edirlər. Arzuları yerinə yetdikdə isə qovut hazırlayaraq nəzir kimi insanlarla paylaşırlar. Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR