Bu xəstəliklərə yoluxanlar əməliyyat olunmur – “Amma həyat təhlükəsi…”

# 10:05
3 fevral 2024

Bütün dünyada olduğu kimi Azərbaycanda da müxtəlif qrip növləri, qızılca kimi infeksiyalara yoluxmalar qeydə alınır. Amma bu dəfə bu yoluxmalardan yox, infeksiyalı durumda cərrahi əməliyyatlardan bəhs etmək istəyirik. İnfeksion xəstəlikdən əziyyət çəkən insan əməliyyat masasına uzana bilərmi? Ekstremal hal ölüm-dirim məsələsidir. Əgər cərrahi müdaxilə olmayan təqdirdə xəstə həyatını itirə bilərsə, o zaman həkim infeksion maneələrə baxmadan bir insanın həyatını xilas etnəyə çalışacaq. Normalda isə xəstələrin əməliyyata daxil olması daha təhlükəsiz qaydada aparılır, pasientlər əməliyyat öncəsi hazırlıq prosesindən keçirlər. “Qızılca , su çiçəyi və digər infeksiyon xəstəliklərin hər biri planlı əməliyyat üçün əks göstərişdir. Yəni xəstə o vəziyyətlə əməliyyata girə bilməz, yalnız həyati göstəriş varsa. Qızılcanın ağırlaşmalarından biri ağciyər ödəmidir bunlar əməliyyatdan sonra xəstədə inkişaf edə bilər. Çünki əməliyyat dövründə insanın orqanizmi stressə məruz qalır və zəyifləyir bu səbəbdən də infeksiyanı ağciyər boyu yaya bilər Həkim onu da bildirdi ki, hətta xəstədə koronavirus əlamətlərindən hansısa müşahidə olunanda əməliyyatdan imtina edilirdi. Sonda qeyd edək ki, əməliyyat qərarı müayinənin nəticələrindən asılıdır və həkim məsləhəti ilə verilir.

Aygün Carçıyeva, Vüsal Bayramov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR