Buraxılış vəsiqəsi almaq üçün hara müraciət edilməlidir? Almayanlar cərimələnəcək

# 17:30
10 yanvar 2024

İcazə və ya buraxılış kartı olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması, yaxud icazə şərtlərinin pozulmasına görə yeni cərimələr müəyyənləşib. Bunu AYNA-nın mətbuat katibi Tural Orucov APA TV-ə açıqlamasında bildirib. Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi elektron qaydada AYNA-ya müraciət edilməklə alınmalıdır. Bunun üçün.. Sözügedən vəsiqəni almaq üçün tələb olunan sənədlər bunlardır. 1. fərdi sahibkar olduqda şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışı; 2. vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamə; 3. hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət, istifadə və ya icarə hüququ əsasında malik olduğu avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat şəhadətnamələri. Bəs buraxılış vəsiqəsi ilə buraxılış kartının fərqi nədir? Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi - minik avtomobilləri ilə sərnişin daşınmasına görə nəzərdə tutulmuş cərimələrin miqdarı isə belədir. Qeyd edək ki, Qanunvericiliyin tələbinə əsasən ölkə daxilində qeyri-müntəzəm sərnişindaşıma, eləcə də yükdaşıma ilə məşğul olan şəxslərə buraxılış vəsiqəsi ödənişsiz verilir.

LƏMAN SALEHOVA ARİF ƏLİYEV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR