Cəlilabadda qohumlar örüş sahələrindən mal-qara oğurlayırlarmış

# 15:24
30 aprel 2024

Cəlilabad rayonu ərazisində örüş sahələrindən mal-qara oğurlayan qohumlar saxlanılıblar. Ayrı-ayrı vaxtlarda Cəlilabad rayon sakinlərinə məxsus 8 baş inək və camışın örüş sahələrindən oğurlanması barədə polisə məlumat daxil olub. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər talama cinayətlərinə görə məhkum olunan Ramil Sadıqov və qohumu Raul Quliyev saxlanılıblar. Hazırda onların digər analoji əməllərinin olub-olmadığı araşdırılır.

İlkin Rzayev Rövşən Almazoğlu APA TV Cəlilabad

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR