Culfanın bu məhəlləsində dəmiryol işçiləri, maşinistləri yaşayıblar

# 14:30
11 yanvar 2024

 Culfalıların qucaq açdığı, zəngilanlıların məskunlaşdığı Zəngilan məhəlləsində uzaqdan diqqəti daha çox cəlb edən köhnə İrəvan kərpicləri ilə tikilmiş bu binalardır. Bir əsrə bərabər yaşı olan bu tikililərdə əvvəllər Mincivan-Culfa dəmiryolu xətti ilə Culfaya gələn zəngilanlı dəmiryol işçiləri, maşinistləri yaşayıblar. Elə o vaxtdan da məhəllənin adı “Mincivanlılar” və yaxud “Zəngilanlılar” məhəlləsi kimi tanınıb, adlandırılıb. Sakinlər deyir ki, onlar bura köçəndə burada yaşayanların əksəriyyəti mincivanlılar imiş. Sora bir-bir hamı köçüb gedib. Dəmiryolu vağzalının yaxınlığında yerləşən məhəllənin sakinləri tezliklə bu vağzaldan yola çıxacaq qatarla Zəngilana getmək arzusundadırlar.

Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR