Dadından doyulmayan “üçqulaq paxlavası” belə hazırlanır
Azərbaycanda paxlavanın müxtəlif növləri var - Bakı, Şəki, Gəncə paxlavası və s. Adətən, paxlavanı romb kimi kəsirlər. Ancaq bu gün sizə təqdim edəcəyimiz paxlavanı kəsməyə ehtiyac yoxdur. Çünki Qəbələ paxlavası üçbucaq formasında olur və bir-iki dişləmə ilə bitir. Üçbucaq formasında hazırlandığına görə elə adına da "üçqulaq" deyirlər. Bu paxlavanın xəmiri üçün bizə un, duz, su, içliyi üçün isə şəkər tozu, qoz və ya fındıq lazımdır. Un, duz, sudan adi xəmir yoğururuq. Xəmiri kündələrə ayırıb nazik yayırıq və isti sacda azca bişiririk. Digər tərəfdə isə içliyi hazırlayırıq. Bunun üçün qozu maşından keçirib, şəkər tozu qatırıq. İçliyinizi bir ay əvvəldən də hazırlaya bilərsiniz. Daha sonra kəsilmiş yuxa parçalarını xüsusi qaydada büküb içini doldururuq. Daha sonra ocaqda qızdırılan tavaya yağ əlavə edib hazır üçqulaqları qızardırıq. Paxlavamız hazırdır. Nuş olsun!
İlham Əhmədov, Taleh İbreahimov, APA TV
DİGƏR XƏBƏRLƏR
![DİQQƏT: “Powerbank” ilə bank hesabınızda bir qara qəpik də saxlamaya bilərlər](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6683a50dc84576683a50dc845817199035016683a50dc84556683a50dc8456.jpg)
DİQQƏT: “Powerbank” ilə bank hesabınızda bir qara qəpik də saxlamaya bilərlər
![Rusiyaya hazırlaşan Təhminəni əcəl haqladı – Bakıdakı qətlin PƏRDƏARXASI](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682a8b2c386f6682a8b2c387017198388986682a8b2c386d6682a8b2c386e.jpg)
Rusiyaya hazırlaşan Təhminəni əcəl haqladı – Bakıdakı qətlin PƏRDƏARXASI
![Sumqayıtda yeniyetmələrin mübahisəsi bıçaqlı davaya çevrildi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66829e07dcaa466829e07dcaa5171983616766829e07dcaa266829e07dcaa3.jpg)
Sumqayıtda yeniyetmələrin mübahisəsi bıçaqlı davaya çevrildi
![Qəbələnin Mirzəbəyli kəndinin sakinləri görün sudan necə istifadə edirlər](https://apa.az/storage/apa-tv/news/2024/june/06/big/66619f1bb8c1066619f1bb8c11171767375566619f1bb8c0c66619f1bb8c0e.jpg)